Gültəkin Hacıbəyli ifadə verdikdən sonra sərbəst buraxılıb - YENİLƏNİB

23:57 24.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib. O, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.

*** 18:37

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

Hafta.az bildirir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb. Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.